Esgiler Demiş Ki...

Cəlilov Sabircan Məhəmməd oğlu 01 iyun 1957-ci ildə Özbəkistanda anadan olmuşdur.

1959-cu İldə ailəsi ilə birlikdə Azərbaycana köçüb gəlmişlər. İlk şeirləri 1973-cü ildə rayonun „Dönüş“ qəzetində çap olunmuşdur. Daha sonralar isə mütəmadi olaraq rayon qəzetində şeirꓹ hekayəꓹ ədəbi- tənqidi yazılar və oçerklərlə çıxış etmişdir.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Bakı Ali Politologiya İnstitutunu bitirmişdir. 1978-ci ildə „Türk dilinin Mesxeti dialektinin morfologiyası“ mövzusunda diplom işi müdafiə etmiş, 1980-1982-ci illərdə „Türk dilinin Mesxeti dialektinin qrammatikası“ mövzusunda dissertasiya üzərində işləmişdir.

Gürcüstan EA-nın „Elm“ jurnalında elmi məqaləsi çap olunmuşdur (1982-ci ilꓹ say 1). 1992-ci ildə Ümumittifaq „Vətən“ Cəmiyyətinin orqanı olan „Vətən eşqi“ qəzetinin baş redaktoru, Saatlı rayon Təhsil Şöbəsinin müdür müaviniꓹ Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoruꓹ İcra Hakimiyyəti Başçısının müaviniꓹ 2003-2015-ci illərdə Sabirabad Seçki Dairəsində katib və aparat rəhbəri olaraq çalışmışdır.

„Vətən“ Cəmiyyətinin, DATÜB-nin işlərində yaxından iştirak etmişꓹ İdarə Heyətinin üzvü seçilmişdir.

2006-cı ildə şairlər Güləhməd Şahin və Rafael Daşqın ilə birlikdə hazırladıqları „Muğanda yaşanan 50 il“ kitabının müəlliflərindən biridir. 2015-ci ildən Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvüdür. 2016-cı ildən Ankarada yaşayır.

Esgiler Demiş Ki...

Ürün Kodu: Sabircan Calilov
36,00₺ Normal Fiyat
30,60₺İndirimli Fiyat
    logo-band@3x.png