top of page
Axısxa Türk Medeniyeti ve Edebiyatı Tarihi

MÜƏLLİF HAQQINDA

Cəlilov Sabircan Məhəmməd oğlu 01 iyun 1957-ci ildə Özbəkistan Respublikasının Sır-Dərya vilayətində anadan olmuşdur. 1959-cu ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Saatlı rayonunun Fətəlikənd kəndinə köçüb gəlmişdir.

1963-1973-cü illərdə Fətəlikənd kənd orta məktəbində təhsil almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, 1978-ci ildə məzun olmuşdur. 1978-1986-cı illərdə Saatlı rayonunun Fətəlikənd kənd orta məktəbində çalışmış, 1986-cı ildən Saatlı rayon rəhbərliyində məsul işə irəli çəkilmiş, 1988-1992-ci illərdə Bakı Ali Politologiya İnstitutunda oxumuşdur.

Sabircan Cəlilov fəal ictimaiyyətçi və Vətən hərəkatı fəalı kimi bölgədə tanınmışdır. 1993-cü ildə Saatlı rayon Təhsil Şöbəsində müdür müavini, 1996-2000-ci illərdə Saatlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru, 2000-2003-cü illərdə Saatlı rayon İcra Hakimiyyəti Başçısının müavini, 2013-2015-ci illərdə Sabirabad Seçki Dairəsində katib və aparat rəhbəri olaraq çalışmışdır.

1980-1982-ci illərdə Gürcüstan Respublikasının Tbilisi şəhərində Şərqşünaslıq İnstitutun- da akademik S.S.Cikiya və professor V.Cangidzenin rəhbərliyi ilə „Türk dilinin Mesxeti dialektinin qrammatikası“ mövzusunda dissertasiya işləmiş, Gürcüstan EA-nın„ Elm“ jurnalında rus dilində məqaləsi çap olunmuşdur.

1992-ci ildə Ümumittifaq „Vətən“ Cəmiyyətinin mətbu orqanı olan „Vətən eşqi“ qəzetinin baş redaktorluğuna gətirilmiş, qəzetdə Axısxa türk ədəbiyyatı, mədəniyyəti və tarixi haqqında bilgilərin əsas yer almasına çalışmışdır.

Uzun müddət „Vətən“ Cəmiyyətin rəhbərliyində, 2011-2014-cü illərdə DATÜB İdarə Heyətində çalışmışdır.

Müəllifin Axısxa türklərinin dili, folkloru, ədəbiyyatı haqqında və şeirlərindən ibarət 6 kitabı yayınlanmışdır. 2015-ci ildən Azərbaycan Respublikasının Yazıçılar Birliyinin üzvü olan yazar 2016-cı ildən Türkiyəyə köç etmiş, hazırda Ankarada yaşayır.

Axısxa Türk Medeniyeti ve Edebiyatı Tarihi

Stok kodu: Sabircan Celilov
134,00₺ Normal Fiyat
127,30₺İndirimli Fiyat
    logo-band@3x.png
    bottom of page