Axısxa Türk Dilinin İzahlı Sözlüğü

Cəlilov Sabircan Məhəmməd oğlu 01 iyun 1957-ci ildə Özbəkistan Respublikasında doğulmuşdur.

1959-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb gəlmişdir. İlk şeirləri 1973-cü ildə rayonun “Dönüş” qəzetində çap olunmuşdur. Daha sonralar mütəmadi olaraq rayon qazetində şeir, hekayə, ədəbi - tənqidi yazılar və oçerklərlə çıxış etmişdir.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Bakı Ali Politoloqiya İnstitutunu bitirmişdir. Filoloq, siyasi bilimlər müəllimi ixtisasları vardır.

1978-ci ildə “Türk dilinin Mesxeti dialektinin morfologiyası” mövzusunda diplom işi müdafiə etmiş, 1980-82-ci illərdə "Türk dilinin Mesxeti dialektinin qrammatikası" mövzusunda dissertasiya üzərində çalışmışdır. Gürcistan EA-nın “Elm” jurnalında elmi məqaləsi çap olunmuşdur. (1982-ci il, say 1)

1992-ci ildə Ümumittifaq “Vətən” Cəmiyyətinin orqanı olan “Vətən eşqi” qazetinin baş redaktoru, 1993-2015 ci illərdə yerli hökumət və seçki orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır.

“Vətən” Cəmiyyətinin İdarə heyətini üzvü, sədr müavini və 2011 - 2014 -cü illərdə Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) İdarə Heyətinin üzvü seçilmişdir.

2006-cı ildə şairlər G. Şahin və R. Daşqın ilə birlikdə hazırladıqları "Muğanda yaşanan 50 il" kitabının müəlliflərindən biridir.

2021–ci ildə İstanbul Flora yayınevi tərəfindən “Esgilər demiş ki..” adlı Axısxa türkcəsində atalar sözləri və “Axısxa ədəbiyyatının parlaq ulduzu-Mircevat Ahıskalı” kitabları çap olunmuşdur. 2015-ci ildən Azərbaycan Yazarlar Birliyinin üzvü olan Sabrican Cəlilov 2016-cı ildən Türkiyəyə köç etmiş, hazırda Ankarada yaşayır.

Axısxa Türk Dilinin İzahlı Sözlüğü

Ürün Kodu: Sabirjan Celilov